
Cəlilabadda ər arvadını güllələdi
Cəlilabad Rayon Polis İdarəsinin məlumatına görə, ötən gecə saat 00.30 radələrində rayonun Uzuntəpə kənində 1966-cı il təvəllüdlü Asim Əliağa oğlu Mirzəyev həyat yoldaşı, 1972-ci il təvəllüdlü Südabə Əlibala qızı Mirzəyevanı ov tüfəngi ilə vuraraq qətlə yetirib. Hadisə ailə münaqişəsi zəmində baş verib. A.Mirzəyev saxlanılıb. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər