“Baykonur” kosmodromundan oğurluq oldu

“Baykonur” kosmodromundan oğurluq oldu

26 İyun 2019 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan ərazisində yerləşən Rusiyaya məxsus "Baykonur" kosmodromunda oğurluq hadisəsi baş verib.

Yük maşını ilə oğurluq əşyaları ərazidən çıxaran Qazaxıstan vətəndaşı yaxınlıqdakı qəsəbəyə qaçaraq onu təqib edən polislərə müqavimət göstərib.

Nəticədə iki polis xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rusiya İstintaq Komitəsinin Baykonur üzrə istintaq şöbəsində hadisə ilə bağlı cinayət işi başlanılıb.(axar.az)