Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı

Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı

21 İyun 2019 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.

M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. (oxu.az)