
Şəmkirdə 10-cu sinif şagirdi bıçaqlandı
Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəmkirdə 10-cu sinif şagirdi naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə rayonun Nizami küçəsində yerləşən qonaq evinin yaxınlığında baş verib. Cəlil Məmmədquluzadə küçəsi, 15 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Cavadbəyli Asif Azər oğlu Nizami küçəsində yerləşən qonaq evinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeniyetmə dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla əlaqədar Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
O.M.
Digər xəbərlər