
Bakıda qaldırıcı kran yük maşınının üstünə aşdı
Nərimanov rayon Polis İdarəsinin məlumatına görə, bu gün səhər saatlarında rayon ərazisində təmir-tikinti işləri aparan kran aşıb. Gənclik meydanında təmir-tikinti işləri aparan "Akkord" şirkətinə məxsus kran yaxınlıqda olan "KamAZ" markalı yük maşının üzərinə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hazırda Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
O.M.
Digər xəbərlər