Mişel Platini seçkilərin nəticələrini saxtalaşdırdığına görə həbs edilib

Mişel Platini seçkilərin nəticələrini saxtalaşdırdığına görə həbs edilib

18 İyun 2019 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Mişel Platini seçkilərin nəticələrini saxtalaşdırdığına görə həbs edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə Platini 2010-cu ildə keçirilmiş səsvermənin nəticələrini saxtalaşdırılmaqda günahkar bilinir. O, hazırda Nanterra polis şöbəsində saxlanılır. Ona qarşı 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya və rüşvət ittihamı irəli sürülüb.

Xatırladaq ki, məşhur fransız futbolçunun adı əvvəllər də rüşvətdə və korrupsiyada hallandırılırdı. Belə ki, 2007-2015-ci illərdə UEFA-ya rəhbərlik edən Platini 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası tərəfindən 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılmışdı. Sonra onu 8 il müddətinə diskvalifikasiya etmişdilər.