Xəzər dənizində 4 nəfər boğulub

Xəzər dənizində 4 nəfər boğulub

21 Aprel 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən axşam Xəzər dənizində 4 nəfər boğularaq ölüb.

Belə ki, hadisə aprelin 20-də, axşam saatlarında Xəzər dənizinin Tağıyev qəsəbəsinə düşən ərazisindən 10 kilometr aralıda qeydə alınıb. Balıq tutmaq üçün dənizə çıxan 4 Sumqayıt sakininin olduğu qayıq dənizdə çevrilib. Nəticədə onların hamısı boğularaq ölüb.


Hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Əraziyə xilasetmə briqadası cəlb edilib. Aparılan axtarış tədbirləri nəticəsində dənizdə batan balıqçılardan ikisinin - Bəylər Hətəmov və Pavel Vasiliyeviçin meyitləri tapılaraq sudan çıxarılıb və ailələrinə təhvil verilib.

Hazırda digər iki nəfərin tapılması istiqamətində axtarışlar davam etdir.