
Xaçmaz məscidində yanğın baş verdi
Bu gün Xaçmaz rayonu Qaracəli kənd məscidində yanğın baş verib. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğın nəticəsində 50 kvadratmetrlik məscidin 40 kvadratmetrlik hissəsi yanıb. Yanğın odun sobasından ətrafa yayılan alovdan baş verib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər