
Bakıda yanacaqla dolu yük maşını qəzaya uğradı
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 66-cı kilometrliyində "MAZ" markalı yanacaq daşıyan yük avtomobili qəzaya uğrayıb. Yanğın hadisəsi baş verməyib. Qəzanın nəticələri aradan qaldırılanadək yanğınsöndürənlər hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər