
Bakıda sərnişin avtobusu aşdı
Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, dünən axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metrosunun yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb. 12 saylı marşrut üzrə hərəkət edən "Mercedes" markalı avtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə, avtobusda olan sərnişin, 1972-ci il təvəllüdlü Ağayeva İncilə Ələkbər qızı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 20-yə yaxın sərnişin isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər