
Bakıda 68 yaşlı qadın özünü asdı
Binəqədi Rayon Polis İdarəsinin məlumatına görə, ötən gecə rayonun Rəsulzadə qəsəbəsi, 8-ci sıra, ev 35-də intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan 68 yaşlı Asya Nəsib qızı Nəsibova yaşadığı evin eyvanında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər