
İsmayıllıda sərnişin avtobusu piyadanı vuraraq öldürdü
Bu gün İsmayılı şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə saat 12:55 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Qələbə prospektinin kəsişməsində qeydə alınıb. Abdullayev Mehman Ağasalman oğluna məxsus 90 JB 048 dövlət nömrə nişanlı, "Honda" markalı sərnişin mikroavtobusu yolu keçmək istəyən 73 yaşlı Babayev Gülalı Mansur oğlunu vurub. Sürücü yaralını İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, G.Babayev yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər