ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb

ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb

1 İyun 2019 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanıölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır.

Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb. Report