
Bakının Qaradağ rayonunda sərnişin avtobusu aşdı
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən gün Bakı-Qazax yolunun 17-ci kilometrliyində, Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 7 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər