
Lənkəranda avtomobil kanala düşdü
Lənkəran Şəhər Polis Şöbəsinin verdiyi məlumata görə, bu gün saat 15:00 radələrində şəhərin Səttarxan küçəsində avtomobil qəzası qeydə alınıb. Şəxsiyyətləri hələlik məlum olmayan 3 nəfər şəhər sakini "VAZ-2107" markalı, "10 EJ 704" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən maşın idarəetməni itirərək yolun kənarındakı su kanalına yuvarlanıb. Nəticədə, avtomobil yarasız hala düşüb, sürücü ilə iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
O.M.
Digər xəbərlər