
Bakıda Türkiyə vətəndaşı öldü
Nəsimi rayon Prokurorluğunun verdiyi məlumata görə, ötən gecə rayonun E.Ovçuyev küçəsi, ev 3, mənzil 28-də ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Türkiyə vətəndaşı, 47 yaşlı Kandilci Hasan Ali oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti hadisə baş verəndən xeyli sonra vanna otağında aşkarlanıb. Mərhumun Azərbaycanda bizneslə məşğul olduğu bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər