
Azərbaycanda 15 fevralın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 42-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 44 nəfər tutulmuşdur.
Binəqədi rayonu ərazisində yaşayan Etibar Musayevin mənzilində təbii qazı sızmasından yanğına keçən partlayış baş vermişdir
15.02.2012
Fevralın 15-də saat 22.00 radələrində Binəqədi rayonu ərazisində yaşayan Etibar Musayevin mənzilində təbii qazı sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarətləri almış ev sahibi, arvadı Könül, oğlanları Abbas və Rəsul isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.
Pul və 2 ədəd mobil telefon oğurlamış Göygöl rayon sakini Rövşən Mehdiyev tutulmuşdur
15.02.2012
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Cəfərov Elçinə məxsus 1000 manat pul və 2 ədəd mobil telefonu oğurlamış Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mehdiyev tutulmuşdur.
Qalib Qoşqarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elnur Nəzərov tutulmuşdur
15.02.2012
Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Qalib Qoşqarova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elnur Nəzərov tutulmuşdur.
Avtomaşından oğurluq etmiş Naxçıvan şəhər sakini Tural Əliyev tutulmuşdur
15.02.2012
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Elmar Daşdəmirova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etmiş Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev tutulmuşdur.
İtkin düşmüş azyaşlı Kürdəmir rayon sakinləri tapılaraq evlərinə qayıtmışlar
15.02.2012
DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Qaradağ RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fevralın 14-də itkin düşmüş Kürdəmir rayon sakinləri T.Ş, R.N. və onun bacısı M. tapılaraq evlərinə qayıtmışlar.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Məhərrəmova tutulmuşdur
15.02.2012
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayının 5-dən 20-dək olan müddət ərzində Binəqədi rayonu ərazisində yaşayan Tofiq Əliyevin evindən qızıl, gümüş və ev əşyaları oğurlanmış Bakı şəhər sakini Nərgiz Məhərrəmova tutulmuşdur.
Oğurluq etdiyinə görə saxlanılmış Masallı rayon sakini Siyavuş Əlihüseynovdan 6,4 qram tiryək götürülmüşdür
15.02.2012
Fevralın 15-də Masallı rayon sakini Nəfisə Əlihüseynova RPŞ-yə ərizə ilə müraciət edərək həyətindəki dəmir çardağının əvvəllər məhkum olunmuş - oğlu Siyavuş tərəfindən oğurlanmasını bildirmişdir. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əlihüseynov saxlanılmış və ondan 6,4 qram tiryək götürülmüşdür.
Şirvan şəhər sakini Çingiz Quliyevdən 0,995 qr tiryək götürülmüşdür
15.02.2012
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Quliyev öz evində Ramil Paşayevlə birgə tiryəkxana təşkil etmələri müəyyən edilmiş, Ç.Quliyev saxlanılmış və ondan 0,995 qram tiryək götürülmüşdür.
Rəsul Xasıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Sumqayıt şəhər sakini Nazim Zahirov tutulmuşdur
15.02.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Rəsul Xasıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Sumqayıt şəhər sakini Nazim Zahirov tutulmuşdur.
Xırdalan şəhər sakini Adil Quliyev və Beyləqan şəhər sakini Surxay Ağayev tapdıqları odlu silah və vasitələrini könüllü olaraq təhvil vermişdir
15.02.2012
Xırdalan şəhər sakini Adil
Quliyev tapdığı 185 ədəd patronu, 1 ədəd pulemyot lentini və 1 ədəd patron
darağını könüllü olaraq Abşeron RPŞ-nə təhvil vermişdir.
Beyləqan şəhər sakini Surxay Ağayev 1 ədəd "Makarov" markalı
tapançanı və 2 ədəd patron darağını könüllü olaraq Beyləqan RPŞ-nə təhvil
vermişdir.
Oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İslam Nağıyev saxlanılmışdır
15.02.2012
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Rayon Mərkəzi Xəstəxanasında, orada işləyən Yaqut Əmirovaya məxsus 2 ədəd mobil telefonu çantasından oğurlanmış rayon sakini, əvvəllər məhkum olunmuş İslam Nağıyev saxlanılmışdır.
İmişli rayon sakini M.Əliyevə məxsus mağazadan oğurluq etmiş bir qrup rayon sakini tutulmuşdur
15.02.2012
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-nə keçən gecə rayon sakini Məhəmməd Əliyevə məxsus mağazadan dam örtüyünü sökmək yolu ilə 130 manat pul, danışıq kartları və tütün məmulatı oğurlanmış rayon sakinləri Qəzənfər İsaqlı, Elşən Sadıqov və Vüsal Əzizov tutulmuşlar.
Ötən ilin avqust ayında Türkiyə vətəndaşı A.Ömərin evindən oğurluq etmiş N.İxtiyarov tutulmuşdur
15.02.2012
Nəsimi RPİ və Ordubad RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində 2011-ci il avqustun 3-də Türkiyə vətəndaşı Ayna Ömərin
evindən 465 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyalarını oğurlayıb hadisə
yerindən qaçmış Nizami İxtiyarov tutulmuşdur.
Radikal yönümlü dini təriqətlərdən birinə meylli olan Balakən rayon sakinləri P.Kərimovun və B.Musayevin evlərindən dini məzmunlu materiallar aşkar edilərək götürülmüşdür
15.02.2012
Balakən RPŞ və MTN-nin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində radikal yönümlü dini təriqətlərdən birinə meylli olan
Mahamalar kənd sakini Polad Kərimovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu
kitab, 1 ədəd jurnal və 1 ədəd broşür, Balakən şəhərində kirayədə yaşayan
Zaqatala rayon sakini Bəhruz Musayevin evinə baxış zamanı isə 5 ədəd dini məzmunlu
kitab aşkar edilərək götürülmüşdür.
Sumqayıt şəhərində 1 nəfər dəm qazından zəhərlənərək ölmüşdür
15.02.2012
Fevralın 15-də Sumqayıt şəhər sakini Könül Hüseynovanın evində Ədalət
Xankişiyev dəm qazından zəhərlənərək ölmüşdür.
9 nəfər dəm qazı və dərmandan zəhərlənmələr ilə xəstəxanaya gətirilmişlər
15.02.2012
Fevralın 15-də Sumqayıt şəhər sakinləri Vüsal Tağıyev, Türkanə Həsənova,
Sunay Əliyeva, Simnarə Mürsəlova, Abşeron rayon sakini Elşən Tağıyev,
Şirvan şəhərindəki 152 №-li Peşə Məktəbində yaşayan Ağdam rayon sakinləri
Sevinc Məmmədova, qızları Ülkər və Həcər və Gəncə şəhər sakini Türkan Əliyeva
öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
O.M.