
Bakıda yaşayış evində partlayış oldu
Binəqədi rayon Polis İdarəsinin verdiyi məlumata görə, rayonun Binəqədi qəsəbəsi 3-cü mədən küçəsi, 62 ünvanında partlayış baş verib. Həmin ünvanda yerləşən evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə, evdə olan 4 nəfər - 33 yaşlı Etibar Musayev, onun həyat yoldaşı, 31 yaşlı Könül Musayeva, övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər