
Bu gün dəm qazı daha bir nəfərin həyatına son qoydu
Sumqayıt Şəhər Polis İdarəsinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Təzə Corat qəsəbəsi, 79-cu məhəllə, ev 244 ünvanında ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan qohumun evinə qonaq gələn, Sumqayıt şəhər sakini, 46 yaşlı Ədalət Xankişiyev hamamda çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər