Göyçay rayonunda yanğın baş verdi
Göyçay rayon Yanğından Mühafizə Hissəsinin (YMH) verdiyi məlumata görə, bu gün səhər saat 6.30 radələrində rayonun Alpoud kəndində, kənd sakini İbadova Nərgiz Səməd qızına məxsus evdə yanğın hadisəsi qeydə alınıb. Ümumu sahəsi 56 kvadratmetr olan evin 30 kvadratmetr sahəsi ev əşyaları ilə birgə yanıb. Əraziyə gələn 3 yanğınsöndürən maşın və canlı qüvvə yanğının genişlənməsinin qarşısını alıb.
O.M.
Digər xəbərlər