
Abşeron rayon sakinindən qandal, saxta polis vəsiqəsinin surəti və digər sənədlər götürüldü
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Talıbovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşına baxış zamanı 2 ədəd dəyənək, 1 ədəd qandal, 4 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Seymur Talıbova məxsus saxta polis vəsiqəsinin surəti, tabel silahını götürmək üçün əvəzedici kart, 2 ədəd dövlət qeydiyyat nömrə nişanları aşkar edilərək götürülmüşdür.
O.M.
Digər xəbərlər