Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

Gömrükdə qeyri-qanuni mobil telefonlar aşkar edilib

9 Aprel 2019 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd "Samsung Galaxy M105F" və 1 ədəd "Samsung Galaxy M205F" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.