Müsəlmanların qatili vəkildən imtina edib

Müsəlmanların qatili vəkildən imtina edib

18 Mart 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə 50 nəfər müsəlmanı öldürən avstraliyalı Brenton Tarrant vəkilin xidmətindən imtina edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə The Nevv Zealand Herald qəzetinə açıqlamasında Tarrantın vəkili, martın 16-da keçirilən dinləmələrdə iştirak edən Riçard Pitters bildirib. O deyib ki, Brenton Tarrant məhkəmədə özü-özünü müdafiə etmək niyyətindədir. Onun sözlərinə görə, Tarrantın psixikasında problem olduğunu güman edir: "O etdiyi cinayətdən peşman deyil və özünə müxtəlif yollarla haqq qazandırmağa cəhd edir. Çox güman ki, vəkildən imtina etməklə Tarrant növbəti dinləmələrdə özünün ideyalarını müdafiə üçün cəhdə baş vuracaq".

Qeyd edək ki, növbəti dinləmələr aprel ayının 5-də keçiriləcək