
FHN əməkdaşları qaz borusunda baş vermiş partlayışın nəticələrini aradan qaldırdılar
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Bakı şəhəri, Qaradağ rayonunda Qaz Emalı Zavodundan Hacıqabul-Kalmaz sahəsinə gedən, diametri 720 mm olan magistral qaz kəmərində qəza baş verib. Qəzanın nəticələri zavodun işçiləri tərəfindən saat 07:30-da aradan qaldırılıb. Qəzanın nəticələri aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər