
Bakıda qaz sızmasından partlayış oldu
Yasamal RPİ-nin məlumatına görə, fevralın 8-də saat 03.30 radələrində Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə, qapı və pəncərə şüşələri dağılmış, evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarətləri almış E.Şahbazov, bacısı - Gülnarə, oğlanları - Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və Səadət Həsənova qızı xəstəxanaya yerləşdirilmişlər.
O.M.
Digər xəbərlər