Əfqanıstanda inşaat kompaniyasına hücumda 16 nəfər öldürülüb

Əfqanıstanda inşaat kompaniyasına hücumda 16 nəfər öldürülüb

6 Mart 2019 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bir qrup silahlı şəxs Əfqanıstanın Nanqarxar vilayətindəki Cəlilabad hava limanı ətrafında yenidənqurma işləri ilə məşğul olan inşaat kompaniyasının ofisinə hücum edib.

Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 16 nəfər öldürülüb, 25 nəfərə yaxın adam isə yaralanıb. Hadisə yerindən verilən məlumatda deyilir ki, inşaat kompaniyası hava limanında yenidənqurma işləri aparırdı. Hələlik hücumun motivləri məlum deyil.