
Bakı Ağır Cinayətlər Məhkəməsində "Kəpənək Vaqif"in məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vaqif Cəfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək, özünü qismən təqsirli bildiyini deyib. Qeyd edək ki, V.Cəfərov iş adamı Qəhrəman Cəlilovu ofisində qətlə yetirib. Hadisənin baş verməsinə səbəb isə Q.Cəlilovun V.Cəfərova verdiyi obyektin aylıq icarə haqqını artırması olub. Onu da qeyd edək ki, V.Cəfərov əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə "Kəpənək Vaqif" ləqəbi ilə tanınır.
Proses fevralın 14-də davam etdiriləcək.
O.M.
Digər xəbərlər