Özünü FHN əməkdaşı kimi təqdim edən şəxs həmkəndlilərinin 4000 manatını mənimsədi

Özünü FHN əməkdaşı kimi təqdim edən şəxs həmkəndlilərinin 4000 manatını mənimsədi

7 Fevral 2012 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, rayonda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində rayonun Ulacalı kənd sakini Həsənov Salman Aslan oğlunun özünü FHN əməkdaşı kimi təqdim etdiyi, Kür daşqınlarından əziyyət çəkən həmkəndlilərindən ümumilikdə 4000 manat alaraq onlara nazirlik tərəfindən yeni mənzillərin tikiləcəyinə söz verdiyi məlum olub. Məlumata görə, S.Həsənov sakinlərin şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə cinayət işi başlanıb, həbs-qətimkan tədbiri seçilib.

O.M.