Şəmkir sakini dağda naməlum şəraitdə ölüb

Şəmkir sakini dağda naməlum şəraitdə ölüb

23 Fevral 2019 08:34
Bəyəndim (0) Bəyənmədim (0)

22 fevral 2019-cu il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Mediainfo.az-ın verdiyi xəbərə gğrə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb. Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.