Bakı metrosunda telefon oğrusu tutulub

Bakı metrosunda telefon oğrusu tutulub

21 Fevral 2019 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 19-da metronun "28 May" stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan almışdır.

Mediainfo.az-a DİN-dən verilən xəbərə görə, Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılmışdır. Baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb.