Moskvada hindistanlı iş adamına hücum edilib -VİDEO

Moskvada hindistanlı iş adamına hücum edilib -VİDEO

15 Fevral 2019 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxslər tərəfindən hindistanlı iş adamı Lumbu Cibottiyə və onun köməkçisinə hücum edilib.

Mediainfo.az-ın İzvestiya qəzetinə istinadən verdiyi xəbərə görə, hindistanlı biznesmen və köməkçisi maşınla gedərkən paytaxtın Nijeqorod küçəsində onlara hücum edilib. Hücum edənlər maşına atəş açıblar. Cinayətkarlar daha sonra baş verən hadisədən şoka düşən Cipottinin mobil telefonunu götürərək BMV ilə aradan çıxıblar. Qeyd edək ki, Lumbu Cibotti Rusiyada fəaliyyət göstərən "Codas Ekspoim" kompaniyasının rəhbəridir. Polis baş verən hadisə ilə bağlı cinayətkarları axtarır.