Atasının gözü qarşısında BDU-nun tələbəsini qətlə yetirən şəxs ələ keçdi

Atasının gözü qarşısında BDU-nun tələbəsini qətlə yetirən şəxs ələ keçdi

13 Fevral 2019 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 12-də saat 20 radələrində Şirvan şəhərində gənc tələbəni qətlə yetirən şəxsi polis tutub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində nbaku.vvs-ə məlumat verilib. Verilən məlumata görə, şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb.