Polis mayoru Azərbaycandan qaçarkən yaxalandı

Polis mayoru Azərbaycandan qaçarkən yaxalandı

11 Fevral 2019 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib.

İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb.

13-cü polis bölməsindən bildirilib ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. M.Əsədovun özü ilə də əlaqə saxlamaq mümkün olmayıb, bütün mobil nömrələri bağlı olub. (Criminal.az).