Belarusda məktəbli müəlliməsini və bir şagirdi öldürüb

Belarusda məktəbli müəlliməsini və bir şagirdi öldürüb

11 Fevral 2019 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Minsk vilayətindəki Stoltsbax şəhərindəki orta məktəblərdən birində qandondurucu cinayət hadisəsi baş verib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Stoltsbaxdakı 2 saylı orta məktəbin yuxarı sinif şagirdi müəlliməyə və şagirdlərə bıçaqla hücum edib. Müəlliməni və şagirdlərdən birini öldürən yeniyetmə iki nəfəri isə ağır yaralayıb. Cinayətkar yeniyetmə hadisə yerində həbs edilib. Onun cinayəti hansı motivlərə görə törətdiyi hələlik məlum deyil.