Liviyada sərnişin təyyarəsi ələ keçirilib

Liviyada sərnişin təyyarəsi ələ keçirilib

11 Fevral 2019 06:26
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada hərbçilər sərnişin təyyarəsinə qarşı əməliyyat keçiriblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Liviya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə təsadüfən uçuş üçün icazə verilməyən zonaya daxil olan sərnişin təyyarəsinə hücum edərək onu yerə enməyə məcbur edib.

Araşdırma zamanı məlum olub ki, hava gəmisinin göyərtəsində yaralılara köməyə gedən həkimlərdən ibarət briqada olub. Hadisənin səbəbləri ilə bağlı tədbirlər görüləcək.