Ev sahibini bıçaqladı, arvadını isə boğaraq öldürdü

Ev sahibini bıçaqladı, arvadını isə boğaraq öldürdü

6 Fevral 2019 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qətli törətməkdə şübhəli bilinən şəxs könüllü polisə təslim olub.

Fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gələn Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqlaylb, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Nərimanov RPİ 18-ci PŞ-yə gələrək istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qətlin dəqiq səbəbləri araşdırılır.( ölkə.az)