
"Azad Yeni Fikir", "21-ci əsr" və "Həftəlik Azərbaycan" qəzetlərinin baş redaktoru həbsə alındı
Göyçay Rayon Polis Şöbəsindən bildirilir ki, rayon sakini Aqil Mahmudov Mübariz Ağarəhimovdan məhkəmədə həbsdən buraxılması qarşılığında 5500 manat alıb. Bundan başqa o, 6 rayon sakinindən pul alaraq, bunun əvəzində "21-ci əsr" qəzetinə işə düzəldəcəyinə, yüksək əmək haqqı ödəyəcəyinə söz verib, onlara saxta jurnalist vəsiqəsi paylayıb.
Araşdırmalar zamanı A. Mahmudovun "Azad Yeni Fikir", "21-ci əsr" və "Həftəlik
Azərbaycan" qəzetlərinin baş redaktoru, Müstəqil Redaktorlar Birliyinin sədri və
Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən 88 saylı Göyçay Seçki Dairəsi
üzrə keçmiş deputatlığa namizəd olduğu müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin
178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Onu da qeyd edək ki. A. Mahmudovun qardaşı Adil Mahmudov da bir qədər əvvəl dələduzluq
ittihamı ilə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunub.
O.M.