Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb

Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb

4 Fevral 2019 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Scania" markalı yük avtomobilinə gömrük baxışı keçirilərkən sürücünün hərəkətləri gömrükçülərdə şübhə yaradıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, yoxlamadan əvvəl vətəndaşa üzərində və ona məxsus yük maşınında gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitənin olub-olmadığı soruşulub. Vətəndaş isə öz növbəsində üzərində qanunla qadağan edilən heç bir əşyanın olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində olan "Philip morris" markalı siqaret qutusunda 0.3 qram narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.