
Lənkəranda 32 yaşlı qadın özünü 5-ci mərtəbədən atdı
Lənkəran şəhər sakini, 1980-ci il təvəllüdlü Vüsalə Əvəz qızı Həbibova bu gün saat 9:00 radələrində yaşadığı Zərifə Əliyeva küçəsi, 78/9 saylı binanın beşinci mərtəbəsindən özünü atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Həbibova təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər