Sabiq baş direktor bacısı oğlunu həbs etdirib

Sabiq baş direktor bacısı oğlunu həbs etdirib

4 Fevral 2019 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Aztelekom" İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayəti əsasında bacısı oğlu həbs olunub.

M.Məmmədovun bacısı oğlu, İB-də köməkçisi işləmiş Qulunu həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaq istəməməsi olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra Quludan vaxtilə onun adına rəsmiləşdirdiyi mülklərini – Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri qaytarmağı tələb edib. Bacısı oğlu bu tələbə məhəl qoymadığından M.Məmmədov hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Qulu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısının mülklərini geri qaytarıb.

Qeyd edək ki, "Aztelekom"un sabiq baş direktoru Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə 2015-ci ilin noyabr ayında həbs edilib.

2018-ci ildə şərti cəza ilə həbsdən azad olunub.(unikal.org)