
H.Z.Tağıyev qəsəbəsindəki yanğında bir ailənin 3 üzvü yandı
Bu gün saat 04.00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeyri-qanuni tikilmiş 3 evdə yanğın baş verib. Nəticədə, evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, kirayədə yaşamış şəhər sakinləri Afaq Məmmədovanın, onun uşaqları 6 yaşlı Aydanın və 2 yaşlı Anarın yanmış meyitləri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər