63 yaşlı qadın  Paşinyanın iqamətgahındakı medalları oğurlayıb

63 yaşlı qadın Paşinyanın iqamətgahındakı medalları oğurlayıb

3 Fevral 2019 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib

Bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar yanvarın 30-da, binanın üçüncü mərtəbəsində istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər təxminən 20 nəfəri dindiriblər.

Arutyunyan bildirib ki, Baqramyan 26 prospektində işləyən 1956-cı il təvəllüdlü qadın Yerevanın Arabkir rayonunun İstintaq Bölməsinə etiraf edib ki, yanvarın 30-da xatirə medallarını o oğurlayıb.

Qiymətli şeylər daha sonra yerinə qaytarılıb.

Daha əvvəl bildirilib ki, Ermənistanın xaricdəki diplomatlarının sayı 20-30 faizədək ixtisar edilir.(report)