
"Azərbaycan İdeyası" qəzetinin əməkdaşı həbs edildi
Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü "Azərbaycan İdeyası" qəzetinin əməkdaşı kimi təqdim edərək, Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə hədə-qorxu gəlib, ondan 5000 dollar pul alarkən tutulub. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər