PKK-nı müdafiə edən DBP həmsədri həbs edildi: 15 il...

PKK-nı müdafiə edən DBP həmsədri həbs edildi: 15 il...

2 Fevral 2019 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Diyarbəkir Bələdiyyəsinin keçmiş sədri Gültan Kışanak və DBP-nin həmsədri Səbahət Tuncel terror təşkilatına üzv olması və terrozimin təbliğatı səbəbindən məhkəmə qarşısına çıxarılıb.

Hakimin qərarı ilə Kışanak 14 il 3 ay, Tuncel isə 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, sözügedən şəxslərin PKK və DHKP-C lehinə açıqlamalar verməsi ilə tanındığı məlumdur.

Bundan əlavə, onlar HDP-nin həmsədri Səlahəddin Dəmirdaşın qondarma ittihamlarla həbsdə olduğunu bəyan edirdilər.Axar.az