
Maşınını qardan çıxarmağa çalışan Siyəzən sakini onun altında qalaraq ölüb
Siyəzən RPİ-nin məlumatına görə, dünən saat 01:00 radələrində rayonunun Çarxana kəndi ərazisində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib. Rayon sakini Namiq Məmmədov özünə məxsus "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolun kənarında qara batıb. N.Məmmədov avtomaşından düşərək onu qarşı tərəfdən itələməyə cəhd göstərib və bu zaman hərəkətə gəlmiş avtomaşının altında qalaraq ölüb.
O.M.
Digər xəbərlər