
Bakıda yataqxana yandı
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzilin yanar konstruksiyaları, dəhlizin lambirdən ibarət tavanı 8 kv.m sahədə yanıb. Yanğın zamanı 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib.
O.M.
Digər xəbərlər