
Abşeronda baş vermiş avtomobil qəzasında ölən və yaralananlar var
Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən saat 18.45 radələrində ölümlə nəticələnən avtomobil qəzası qeydə alınıb. Bakı şəhər sakini Abbas Rəhimovun idarə etdiyi "Hummer" və Abşeron rayon sakini Müseyib Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Xəsarət alan M.Hüseynov və sərnişini, Sumqayıt şəhər sakini Elnur Cəfərov xəstəxanaya yerləşdirilib. M.Hüseynov orada ölüb, E.Cəfərovun vəziyyəti isə qənaətbəxşdir.
O.M.
Digər xəbərlər