
Bakıda "Mercedes" körpüdən aşdı
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili "Cavanşir" körpüsündən aşıb. Nəticədə, sürücü xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Xilasedicilər qəza nəticəsində yanacaq-sürtgü materiallarının ətrafa dağılması səbəbindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
O.M.
Digər xəbərlər