Korsika adasında silahlı insident baş verib

Korsika adasında silahlı insident baş verib

31 Yanvar 2019 06:40
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Korsika adasının Bastia şəhərində silahlı insident baş verib.

Atışma nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan biri polis əməkdaşıdır.

Yuxarı Korsika prefekturasının məlumatına əsasən, hadisə gündüz saat 16 radələrində baş verib. İnsidentin qonşular arasında münaqişə nəticəsində baş verdiyi bildirilir.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.(azərtac)