
Spirtli içkiləri və siqaretləri avtomobildə gizlətdi
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində "Hlibny Dar" yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində "Gold Mount" yazılan 4800 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.